24 Mart 2013 Pazar

WWW.AZERBAIJAN-NEWS.AZ HABERİ

Azərbaycan Prezidenti İlham Əliyevə Türk Hava Qurumu Universitetinin fəxri doktoru adı verilmişdir


Türk Hava Qurumu Universitetinin Senatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə universitetin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul etmişdir.
Universitetin məlumatında bildirilir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət türk dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir, türkdilli xalqlar arasında əlaqələrin inkişafına dəyərli töhfələr verir.

Türk Hava Qurumu Universitetinin fəxri doktoru diplomu martın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir.

Türk Hava Qurumu Universiteti aviasiya və kosmos sahəsində peşəkar texniki kadrların hazırlanması üzrə ixtisaslaşmışdır. Universitet 2011-ci ildə yaradılmışdır. Dünyanın ən yaxşı pilotlarını, aviasiya mühəndislərini yetişdirən Türk Hava Qurumu Universiteti Türkiyənin aviasiya və kosmos elmləri sahəsində ilk və yeganə ali təhsil müəssisəsidir.

Hiç yorum yok:

Yorum Gönder